Səudiyyə Ərəbistanı səfirliyi zəvvarlara vizaların verilməsinin ləngiməsinə münasibət bildirib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara vizaların verilməsi ilə bağlı ləngimənin yaranması barədə xəbərinə Səuidyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi münasibət bildirib.
 
Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, səfirliyin vizaları verməsində heç bir ləngimə yoxdur. Qafqaz Müsəlmanları İdarəsinnin açıqladığı kimi, vizalar iyulun 20-dən veriləcək.
 
Qeyd edək ki, Qafqaz Müsəlmanları idarəsi zəvvarlara vizaların verilməsi müddətinin 10-dan 20-ə qədər uzadıldığını və ləngidiyini bildirib. Xəbərin verildiyi gün səfirliyin əməkdaşı RAsim Abdullayev APA-ya bildirib ki, səfirlik QMİ açıqlama yaymamış məsələyə münasibət bildirmək istəmir.