Səudiyyə Ərəbistan kralının sabiq vəliəhdi ev dustaqlığında

Səudiyyə Ərəbistan kralının keçmiş vəliəhdi Məhəmməd bin Nayif tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra barəsində "ev dustaqlığı" tədbiri seçilib. 
 
Maide.Az xəbər verir ki, bu barədə "New York Times" amerikalı bir rəsmiyə istinadən məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Məhəmməd bin Nayifə ölkəni tərk etmək qadağan olunub və o Ciddə sahil şəhərində öz sarayında ev dustağıdır.
 
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləziz Səudiyyə Ərəbistanı Baş nazirinin müavini və Daxili İşlər naziri vəliəhd Şahzadə Məhəmməd bin Nayifı vəliəhdlikdən azad edərək, öz böyük oğlu Məhəmməd bin Salmanı bu vəzifəyə təyin edib.
 
Kral Məhəmməd bin Nayifi tutduğu bütün vəzifələrdən azad edib. /