Səudiyyə millisini Rastova aparan təyyarədə nasazlıq yaranıb- VİDEO

-- oyunçuların həyatına heç bir təhlükə olmadığı bildirilir

“Rosaviasiya” Səudiyyə Ərəbistanının futbol millisini aparan təyyarədə baş verən insidenti araşdırır.
 
Bazar ertəsi axşam təyyarə Rastovda eniş edərkən mühərriklərdən birində nasazlıq yarandığı bildirilir.
 
Bu barədə AzadlıqRadiosu Rusiya və qərb agentliklərinə istinadla xəbər verir.
 
Hətta bəzi sosial şəbəkələrdə mühərrikin alışması barədə məlumatlar da yayılıb.
 
Səudiyyə millisi insidentdən sonra oyunçuların həyatına heç bir təhlükə olmadığını bəyan edib.
 
“Rusiya” hava şirkəti mühərrikdə yanğın olması barədə məlumatı təkzib edib və bildirib ki, nasazlığa səbəb quşun mühərrikə girməsi olub.
 
Səudiyyə millisi A31d təyyarəsi ilə Sankt-Peterburqdan Rastova uçurmuş.
 
Qeyd edək ki, A qrupunda mübarizə aparan Səudiyyə millisi iyunun 20-də bu şəhərdə Uruqvay yığması ilə qarşılaşır.(azadliq.org)