Maide.Az səfər ayı üçün əlamətdar İslami günləri təqdim edir:
30-Sentyabr – 1 Səfər - Əhli-beyt əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri-qəməri ilində Siffeyn döyüşünün başlanması;
1-Oktyabr – 2 Səfər - Əhli-beyt əsirlərinin Yezidin məclisinə daxil edilməsi;
4-Oktyabr – 5 Səfər - Xanım Rüqəyyənin (s.ə) şəhadəti;
6-Oktyabr – 7 Səfər - İmam Həsənin (ə) şəhadəti (bir rəvayətə görə) və İmam Kazimin (ə) mövludu ( bir rəvayətə görə);
7-Oktyabr – 8 Səfər - Peyğəmbərin (s) səhabəsi Salman Farsinin vəfatı;
8-Oktyabr – 9 Səfər - İmam Əlinin (ə) vəfalı səhabəsi Əmmar Yasirin (93 yaşında ikən Siffeyn döyüşündə) şəhadəti;
13-Oktyabr - 14 Səfər - İmam Əlinin (ə) vəfalı səhabəsi Məhəmməd ibn Əbu Bəkrin şəhadəti;
19-Oktyabr - 20 Səfər - İmam Hüseynin (ə) Ərbəini;
27-Oktyabr - 28 Səfər - İslam Peyğəmbərinin (s) rehləti (vəfatı), İmam Əlinin (ə) imamətinin başlanğıcı və İmam Həsənin (ə) şəhadəti;
29-Oktyabr - 30 Səfər - İmam Rzanın (ə) şəhadəti.
