Maide.Az Səfər ayı üçün əlamətdar islami günləri təqdim edir:
19-Sentyabr – 1 Səfər - Əhli-beyt əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri-qəməri ilində Siffeyn döyüşünün başlanması;
20-Sentyabr – 2 Səfər - Əhli-beyt əsirlərinin Yezidin məclisinə daxil edilməsi;
23-Sentyabr – 5 Səfər - Xanım Rüqəyyənin (s.ə) şəhadəti;
26-Sentyabr – 8 Səfər - Peyğəmbərin (s) səhabəsi Salman Farsinin vəfatı;
27-Sentyabr – 9 Səfər - İmam Əlinin (ə) vəfalı səhabəsi Əmmar Yasirin (93 yaşında ikən Siffeyn döyüşündə) şəhadəti;
2-Oktyabr – 14 Səfər - İmam Əlinin (ə) vəfalı səhabəsi Məhəmməd ibn Əbu Bəkrin şəhadəti;
8-Oktyabr – 20 Səfər - İmam Hüseynin (ə) Ərbəini;
16-Oktyabr – 28 Səfər - İslam Peyğəmbərinin (s) rehləti (vəfatı), İmam Əlinin (ə) imamətinin başlanğıcı və İmam Həsənin (ə) şəhadəti;
17-Oktyabr – 29 Səfər - İmam Rzanın (ə) şəhadəti.