Səudiyyə koalisiyasının Yəməndəki cinayətlərinin statistikası yayımlandı

Yəməndə fəaliyyət göstərən humanitar təşkilat olan "Eyn əl-İnsaniyə" 2100 gündür bu ölkədə Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin cinayətləri barəsində statistika yayıb.   

Maide.Az "Eastnews"a istinadla xəbər verir ki, statistikada vurğulanır ki, 2100 gün ərzində 17 min 42 nəfər yəmənli mülki şəxs öldürülüb. 

 Öldürülənlərdən 3804 nəfəri uşaq, 2389 nəfəri isə yəmənli qadınlardır.   

Bundan əlavə, 15 hava limanı, 16 dəniz limanı, 305 elektrik stansiyası və 545 şəbəkə tamamilə sıradan çıxarılıb.