Səudiyyə Ərəbistanın Yəmənin müxtəlif bölgələrini bombalaması nəticəsində 6 dinc sakin şəhid olub və 20 nəfərdən çox dinc sakin isə yaralanıb.
Madie.Az xəbər verir ki, belə ki, Səudiyyə rejiminin təcavüzü nəticəsində Saada əyalətində 2 nəfər şəhid, 6 nəfər yaralanıb.
Təcavüzkar rejimin topxana və raket hücumları nəticəsində Əl-Raqu sərhəd bölgəsində 2 dinc sakin şəhid olub, 8 nəfər yaralanıb. Şada sərhəd bölgəsində də 2 dinc sakin şəhid olub, bir neçə nəfər yaralanıb.
Məlumata görə, ötən sutka ərzində Səudiyyə Ərəbistanın Yəmənin müxtəlif bölgələrini bombalaması nəticəsində ümumlikdə 20 nəfər yaralanıb ki, onların bəzisinin durumu ağırdır.
İşğalçı rejim bu gün səhər də Saada əyalətini qırıcı təyyarələrlə bombalamağa davam edib.