Səudiyyə Ərəbistan və Türkiyə xarici işlər nazirləri görüşüb

Türkiyənin xarici işlər naziri Mevlüd Çavuşoğlu Səudiyyə Ərəbistanın xarici İşlər naziri: cənab Feysəl bin Fərhan bin Abdullah Al Səud Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Orta Asiya və Cənubi Asiya Beynəlxalq Konfransı çərçivəsində görüşüb. 
 
Maide.Az xəbər verir ki, “okaz” qəzetinin məlumata görə, bu görüşdə iki ölkənin nazirləri  iki tərəfli əlaqələrin yaxşılaşdırılması və bölgədə baş verən hadisələr barədə müzakirə aparıb. 
 
Türkiyə XİN başçısı öz səhifəsində Səudiyyə Ərəbistanlı həmkarı ilə görüşü səmərəli görüş adlandırıb. 
 
Qeyd edək ki,  Türkiyə və Səudiyyə Ərəbistan arasında  münasibətlər 2018-ci ildə tənqidçi jurnalist  Cmal Xaşiqçinin qətlindənsonra  pisləşmişdi.   Buna baxmayaraq  Ali Səud rejiminin ciddi tənqidçilərindən olan jurnalist Camal Xaşiqçinin İstanbulda qətlindən sonra Ankara və Riyad arasında münasibətlər son aylarda yaxşılaşıb. Belə ki, son aylarda iki ölkə rəsmiləri arasında müxtəlif görüşlər və telefon danışıqları baş tutub. M.Çavuşoğlu ötən ay Səudiyyə Ərəbistana səfər etmiş və orada danışıqlar aparmışdı.