Sabirabad sakini ağır qəza törətdi

Şirvan şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə şəhərinin Z.Hacıyev küçəsində qeydə alınıb. Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Samir Məcidovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə ağır yol qəzası törədib.
Samir Məcidov idarə etdiyi avtomobili Z.Hacıyev küçəsində hərəkətdə olarkən qarşıdan gələn sərnişin daşıyan “PAZ” markalı avtobusla toqquşub. Samir Məcidovun avtomobilində olan sərnişin, Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Rasim Məmmədov xəsarət alıb.

Rasim Məmmədov ağır bədən xəsarəti ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.