Sergey Lavrov:'Baydenin bəyanatı doğrudursa, dünyada sakitlik olacaq'

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Co Baydenin verdiyi açıqlamalara münasibət bildirib.   

O qeyd edib ki, əgər ABŞ prezidenti Co Baydenin başqa ölkələrin işlərinə mane olmamaq barədə bəyanatı doğrudursa, deməli, dünyada sakitlik olacaq:   

"Rusiya Mərkəzi Asiyadakı əməkdaşları ilə birgə Əfqanıstanda vəziyyətin nizamlanmasında birgə fəaliyyət göstərmək məsələsi üzərində işləyir. Rusiya Bayden və Makronun digər ölkələrə demokratiya tətbiq edilməsinin dayandırılması barədə bəyanatlarını məmnuniyyətlə qarşılayır". Eastnews.org  /