Sionist rejim qüvvələri ötən gecə Ramallahın şimal-qərbindəki Termsaia kəndindəki əsir "Muntəsir Şəlbi" nin ailəsi ilə görüşdüyü üçün “Birzeit” universitetinin 45 fələstinli tələbəsini həbs edib.
Maide.Az Fələstin Məlumat Mərkəzinə istinadla xəbər verir ki, bunu Birzeit Universitetinin İslami Birliklər üzrə kordinasiya şöbəsinin sədri İsmail Əl-Bərğusi deyib.
O bildirib ki, Şəlbi ailəsi ilə görüşən tələbələrdən 45 nəfər işğalçı rejim qüvvələri tərəfindən həbs olunduqdan sonra naməlum istiqamətə aparılıb.
İşğalçı rejim qüvvələri yayımladığı bəyanatda saxlanılan tələbələri “təxribat” törətməkdə ittiham edib.
Qeyd edək ki, sionist rejim qüvvələri ötən həftə Ramallahın şimal-qərbindəki Termsaia kəndindəki əsir "Muntəsir Şəlbi" nin evini partladaraq dağıdıb.
M. Şəlbi cari ilin may ayında Fələstini işğal etmiş İsrail rejimi əleyhinə əməliyyatda iştriak etmiş, əməliyyat nəticəsində bir sionist hərbiçi ölmüş, ikisi yaralanmışdı.