Ali Rəhbər Ayətullah Xamenei mərhum Ayətullah Həsənzadə Amulinin cənazə namazını qıldı - FOTO/ VİDEO

Bu gün axşam saatlarında Ali Rəhbər Ayətullah  Seyid Əli Xamenei  rəbbani alim və arif mərhumm Ayətullah Həsənzadə Amulinin cənazə namazını qılıb. 
 
Maide.Az "khamenei.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbər  Ayətullah Həsənzadə Amulinin cənazə namazını qılıb ruhuna fatihə oxuyaraq, rəbbani alim və arif ilə vidalaşıb.  
 
Qeyd edək ki,  rəbbani alim və arif Ayətullah Həsənzadə Amuli ötən gün 93  yaşında vəfat edib. 
 
Mərhumla sabah Amul şəhərində vida mərasimi keçiriləcək.