Siyasi məhbusların yeni siyahısı tərtib edilib

Son hesabatdan sonra siyahıda 53 yeni ad var

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların növbəti yenilənmiş siyahısını təqdim edib.
 
Siyahı sentyabrın 3-nə qədər olan dövrü əhatə edir.
 
Bu barədə İşçi Qrupunun yaydığı məlumatda qeyd olunub.
 
Bildirilib ki, İşçi Qrup 119 nəfərin həbsinin siyasi motivli olduğu qənaətinə gələrək onları siyasi məhbus kimi tanıyıb. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısındadır.
 
Siyasi məhbus kimi tanınmış 119 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:
 
- 5-i jurnalistlər və blogerlər (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov),
 
- 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),
 
- 7-si siyasi və ictimai fəallar (Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov),
 
- 47-i inanclı fəallar (Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-əli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Rza Ağali, Ziya Tahirov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Sərdar Babayev),
 
- 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),
 
- 1-i siyasi girov (Emin Saqiyev),
 
- 3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov).
 
- 52-i Gəncə işi ilə bağlı tutulanlar (Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir Ibrahimov, Xəyal Qafarov, Əli Rzayev, Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov, Vaqif Əşrəfov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Renat Məmmədov, Vüqar Xudiyev, Elman Rüstəmov, Yavər Ismayilzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, İsa Məhərrəmzadə, Aydin Rüstəmov, Alim Yusifov, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov, Emil Məmmədov, Oktay Hüseynzadə, Eşqin Quliyev, Ürfan Məmmədov, Hüseyn Bayramov, Rauf Bayramov, Elşən Məmmədov, Abbas Abbasov, Sabir Əzizov, Bəkrəm Əliyev, Gülmirzə Nurzadə, Riyad Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Haciyev, Səbuhi Rəcəbov, Elman Quliyev, Cabir Əzizov).
 
11 nəfərin adı isə monitorinq altında olanlar siyahısındadır.
 
Bu, jurnalist Şəfəq Ağabalayeva, Gəncə işinin 9 fiqurantı, habelə siyasi mühacirətdə olan qardaşının fəaliyyəti ilə əlaqədar həbs edildiyi ehtimal olunan Renad Əliyevdir.
 
2019-cu il fevralın 20-də siyasi məhbus siyahısının elan edilməsindən sonra 61 nəfər azadlığa çıxıb. Onların 52-si əvf edilib, 5-i şərti azadlığa buraxılıb, 4-ü cəza müddəti başa çatdığına görə azadlığa çıxıb.
 
İşçi qrup həmçinin Azərbaycanda müstəqil vəkillərə təzyiq və onların işdən kənarlaşdırılması faktını qeyd edir.
 
İşçi qrupa Azərbaycan vətəndaş cəmiyyətinin məşhur nümayəndələri, xüsusən, İntiqam Əliyev, Anar Məmmədli, Xədicə İsmayılova, Rövşən Hacıbəyli və digərləri daxildir. / meydan.tv