Smartfonların bizlərə təsiri - ARAŞDIRMA

ABŞ-dın Texas Universitetində aparılan bir araşdırma, smartfonların yaxında saxlanılmasının əqli qabiliyyətlərimizi azaltdığını müəyyən edib.
 
Tədqiqatçılar 800 smartfon istifadəçisinə etdikləri təcrübələrlə, telefonların insanlar üzərindəki təsirini araşdırıblar.
 
Təcrübədə iştirak edənlərdən kompyuterdə bir sıra sınaqdan keçmələri tələb olunub. İştirakçıların yaxşı xal toplamaq üçün konsentrasiyalarının tam olması lazım idi.
 
Sınaqlar zehni tutumu, yəni beynin müəyyən bir vaxtda məlumatları saxlamaq və işləmə bacarığını ölçürdü.
 
İştirakçılara smartfonlarını ya əks üzündən masanın üstünə, ya da ciblərinə, çantalarına və ya başqa bir otağa qoymaları tələb olunub. Bu arada telefonlar səssiz rejimdə saxlanılıb.
 
Araşdırma nəticəsində telefonlarını başqa bir otağa qoyan iştirakçıların, masanın üstünə qoyanlara nisbətən çox daha yaxşı nəticə göstərdikləri müəyyən olunub.
 
Bu qrup, telefonlarını ciblərinə, ya da çantalarına qoyanlardan da qismən daha yaxşı nəticə göstəriblər.
 
Texas Universitetinin araşdırmaçı alimi Adrian Vard araşdırma ilə bağlı belə danışıb: "İntellektual zəka o vaxt smartfonunuzu düşünmür, amma bir şeyi düşünməmək üçün lazım olan proses, dərk qaynaqlarınızın bir hissəsini istifadə edir. Bir növ beyin transformasiyası baş verir".
 
Başqa bir təcrübədə isə, insanların smartfonlarına olan bağlılıqlarının zehni qabiliyyətə təsiri araşdırılıb.
 
İştirakçılar telefonlarını digər qrupda olduğu kimi masanın üstündə görünən bir yerə, cibində, çantasında və ya başqa bir otağda saxlayıb. Bəzi iştirakçılardan bu dəfə telefonlarını söndürmələri tələb olunub.
 
Smartfonlarını masada, ciblərində və ya çantalarında saxlayan və telefonlarından ən asılı olanlar, daha az asılı olan qrupa nisbətən daha pis nəticə göstərib.
 
Telefonun bağlı və ya açıq olmasının və ya əks üzündə qoyulmasının əhəmiyyətli olmadığı müəyyən olunub.
 
Adrian Vard bu sınaqla bağlı şərhində belə qeyd edib: "İştirakçıların diqqəti telefonlarına gələn məlumatlara görə yayınmadı. Telefonların varlığı da zehni qabiliyyətlərini zəiflətməyə kifayət etdi". (deyerler) /