Son illər ərzində l sinif şagirdləri arasında oğlanların sayı qızları xeyli üstələyir

Onlardan 87,5 min nəfəri oğlan, 76 mini qız olub.

Son tədris ilində bu fərq 11,5 min nəfər təşkil edib
 
Azərbaycanın ümumi təhsil müəssisələrinin birinci sinif şagirdləri arasında son illər oğlanların sayı üstünlük təşkil edir.
 
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrində şagirdlərin sayı 163,5 min nəfər olub.
 
1990-cı ildə birinci sinif şagirdlərinin sayı 154,1 min nəfər olub. Onlardan oğlanların sayı 79, qız şagirdlərin sayı 75,1 min nəfər təşkil edib. 1995-ci ildə şagirdlərin sayı 172,9, oğlanların sayı 84,7, qızların sayı 88,2 min nəfər, 2000-i ildə şagirdlərin sayı 165,8, oğlanlanların sayı 86,7, qızların sayı isə 79,1 min nəfər olub. 2010-cu ildə ümumi say 119, 9 min, onlardan oğlan şagirdlərin sayı 64,5, qızların sayı isə 55,4 min nəfər, 2015-ci ildə isə ümumi say 155,8 min, onlardan oğlan şagirdlərin sayı 84,2 min, qız şagirdlərin sayı isə 71,6 min nəfər təşkil edib. /