`Suriyada cinayətlər törədən terroristlər vurulmasa, onların dağıdıcı fəaliyyətləri Orta Asiya və digər bölgələrə də yayılacaq` -FOTO-YENİLƏNİB

(Ayətullah Xamenein sözləri ikinci abzasdan sonra əlavə olunub)
 
Xəbər verdiyimiz kimi, Ali Lider Ayətullah Seyyid Əli Xamenei  bu gün Tehranda keçirilən Qaz İxrac edən Ölkələr Forumunda (Gas Exporting Countries Forum – GECF) iştirak edən bir sıra ölkələrin prezidentləri ilə görüşüb. 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei bu gün günorta  Rusiya prezidenti Viladimir Putini qəbul edib. 
İki saat davam edən görüşdə Ayətullah Xamenei İran və Rusiay arasında iki tərəfli, regional və beynəlxalq səviyyədə əlaqələrin inkişaf etdirilməsini, Rusiyanın regiondakı proseslərdə xüsusi ilə Suriya ilə bağlı mövqeyini alqışlayıb. “ABŞ-ın region üçün uzun müddətli planları region ölkə xalqlarının və ölkələrinin xüsusi ilə İran və Rusiyanın ziyanınadır. Ayıqlıqla və yaxından əməkdaşlıq etməklə bu planları pozmaq lazımdır.”
Ayətullah Xamenei V.Putini bu günki dünyada aparıcı şəxsiyyətlərdən olduğunu vurğulayıb və Rusiyaya İranın nüvə proqramı ilə bağlı səylərinə görə təşəkkür edib. “Bu məsələ başa çatıb amma bizim Amerikalılar heç bir etimadımız yoxdur. Açıq gözlə ABŞ hökumətinin hərəkətlərini nəzarətdə saxlayırıq.”
Ayətullah Xamenei bildirib ki, İran və Rusiya arasında əlaqələrin inkişafında hər iki ölkə ciddidir. “İki tərəfli əlaqələr xüsusi ilə iqtisadi sahədə indikindən daha yaxşı səviyyədə ola bilər.”
Ayətullah Xamenei Rusiya prezidenti V.Putinin xüsusi ilə son bir il yarımda müxtəlif məsələlərlə bağlı mövqeyini çox yaxşı və yaradıcı adlandırıb və bildirib ki, ABŞ həmişə çalışır ki, öz rəqiblərini passiv vəziyyətdə saxlasın, amma siz bu siyasəti pozdunuz. “Rəsmi Moskvanın Suriya məsələsində tutduğu mövqe və verdiyi qərarlar Rusiyanın şəxsən cənab Putinin regionda və dünyada etibarını artırdı. ABŞ uzun müddətli planına görə, Suriyada nəzarəti ələ keçirmək  və daha sonra nəzarətini regiona genişləndirməklə Qərbi Asiyaya nəzarət edə bilmədiyi o tarixi boşluğunu kompensasiya etmək istəyir. Bu plan bütün xalqlar və dövlətlər üçün xüsusi ilə İran və Rusiya üçün təhlükədir. ABŞ və onun davamçıları Suriya məsələsində hərbi yolla əldə edə bilmədiklərini çalışırlar siyasi yolla müzakirələrdə əldə etsinlər. Ağıl və aktivliklə onların bu istəyinin qarşısı alınmalıdır. ABŞ təkid edir ki, Bəşşar Əsəd yəni Suriya xalqının seçdiyi və qanuni prezidenti getsin. Suriya prezidenti bu ölkənin müxtəlif din,tayfa və siyasi baxışlarına sahib olan xalqının səsverməsi əsasında prezident olub və ABŞ-ın Suriya xalqının seçimini və səsini görməməzlikdən gəlməyə haqqı yoxdur. Suriya məsələsində hər hansı bir çıxış yolu olarsa bu ölkənin məsul şəxsləri və xalqının məlumatı və razılığı əsasında olmalıdır. ABŞ terror qruplaşmalarına o cümlədən İŞİD-ə bir başa və ya dolaysı ilə yardım edir və bu ABŞ-ın siyasətlərinin zəif nöqtəsidir. Terrorçuları dəstəkləyən, dünya və region ölkələrinin ictimai rəyində etibarsız olan ölkələrlə (ABŞ-ın) əməkdaşlığı göstərir ki, ABŞ şərafətli diplomatiya yürütmür. Elə bu səbəbdən biz nüvə məsələsindən başqa (ki əlbətdə onun özünə məxsus səbəbləri var) nə Suriya haqqında və nə də digər məsələlərlə bağlı ABŞ-la iki tərəfli müzakirə etməmişik və etməyəcəyik. Əgər Suriyada cinayətlər törədən terroristlər vurulmasa, onların dağıdıcı fəaliyyətləri Orta Asiya və digər bölgələrə də yayılacaq.”
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də günortadan öncə  İrana rəsmi səfər edib.
Xatırladaq ki, V.Putin sonuncu dəfə İrana 2007-ci ildə səfər etmişdi.  Görüşün sonda V.Putin Ayətullah Xameneiə çox qədimi bir Quran hədiyyə edib.