Təhsil Nazirliyi yeni layihəyə start verdi

Təhsil Nazirliyi “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə start verib. Təhsil naziri Mikayıl Cabbarovun 3 iyul 2014-cü il tarixli 768 nömrəli əmrinə əsasən, iyulun 3-dən başlayaraq 2 ay müddətində bu istiqamətdə hazırlanmış layihələr qəbul ediləcək. 
 
Nazirliyin mətbuat xidmətindan Maide.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən təşkilatlar və şəxslər bu elana əlavə olunan “Göstərişlər”ə uyğun formada layihə təklifləri hazırlamalıdırlar. İştirakçılar hazırladıqları layihə təkliflərini adi poçt və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər. 
 
Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
 
İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsində iştirak üçün göstərişlər