Tanınmış yazıçı İsrail rejimini belə baykot etdi

İrlandiyanın tanınmış yazıçısı Salli Runi (Sally Rooney) işğalçı İsrail  rejiminin “Modan” nəşriyyatına “Gözəl dünya hardadır?” kitabının ivrit dilinə tərcümə etməsinə icazə verməyib. 
 
Maide.Az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
 
Son vaxtlar kitabları İrlandiyada ən çox satılan kitablar sırasında olan yazıçı S.Runi  deyib ki, işğalçı İsrail rejiminin fələstinlilərlə rəftarına görə bu addımı atıb. 
 
O işğalçı rejimi  boykot edən hərəkatı dəstəklədiyini qeyd edib. 
 
Bu xəbər yayımlandıqdan sonra sionist rejimin kabinet nazirlərindən biri bu açıqlamaları antisemitizm nümunəsi adlandırıb. 
 
  İrlandiyalı yazıçı, işğalçı rejimin Fələstinlilərin hüquqlarına riayət etməsini təmin etmədiyi təqdirdə İsrail tərəfinə kitabın tərcüməsi ilə bağlı  yeni bir müqavilə imzalamayacağını bildirib.