Fələstin Muxtariyyətinin Vəqflər və Din İşləri Nazirliyi İsrail rejiminə etiraz edib.
Bu barədə Nazirlik yazılı açıqlama yayıb.
Yazılı açıqlamada vurğulanıb ki, İsrail rejiminin əl-Xəlil şəhərində İbrahim məscidinə həyata keçirdiyi işlər əslində qədim məscidin dağıdılmasına hesablanıb.
"İbrahim məscidi hazırda kimliyin dəyişdirilməsi və yəhudiləşdirmə təhlükəsi ilə üz-üzə qalıb. UNESCO bu məsələyə dərhal müdaxilə etməlidir", - deyə açıqlamada diqqətə çatdırılıb.