Tokio Olimpiadasının açılış mərasimin texniki direktoru işdən uzaqlaşdırılıb - SƏBƏB

Tokio Yay Olimpiya Oyunlarının açılış  mərasiminin texniki direktoru Kentaro Kobayashi işdən uzaqlaşdırılıb.
 
Maide.Az “Reuters”-ə istinadla xəbər verir ki  Tokio Olimpiadasının açılış mərasiminin texniki direktoru Kentaro Kobayaşi, uzun zaman öncə Holokostla bağlı verdiyi açıqlamaya görə işdən çıxarılıb. 
 
 Məlumata görə,  Tokio Olimpiya Oyunları Təşkilat komitəsinin sədri Seiko Haşimoto açılış mərasimindən bir gün əvvəl texniki direktor Kentaro Kobayaşinin vəzifəsindən azad edildiyini açıqlayıb. 
 
O, K.Kobayaşinin Holokostla bağlı zarafat etdiyi üçün işdən qovulduğunu söyləyib. 
 
Qeyd edək ki, K.Kobayaşi  illər öncə televiziya proqramlarından birində “gəlin holokost oyunu oynayaq” ifadəsini işlədərək zarafat  edib.