Türkiyənin qərbindəki Manisa vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:09-da Kırkağaç rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfatlar barədə məlumat verilmir. /anadolu/