UŞAQ BİRJALARI - Avropanın yeni cəhənnəmi - FOTO

Sarışın uşaqların bir-bir qaçırıldığı Avropada daha 106 mühacir uşağın yoxa çıxdığı açıqlanıb. "Save The Children" adlı təşkilat Norveçdə 106-sı uşaq olmaqla 237 qaçqının qeydiyyata düşmədiyi üçün aqibətlərinin məlum olmadığını bildirib. İtkin düşmüş şəxslərin insan qaçaqmalçılarının əlinə düşməsindən narahatlıqlar var.
 
SAĞLAM İNSANLAR OĞURLANIR
İtki insanların son dərəcə sağlam insanlardan ibarət olması müxtəlif pis ssenarilərdən xəbər verir. Ehtimallara görə, bu insanlar uşaq götürmək istəyənlər, fahişəlik dəstələri və orqan tacirlərinin əlinə düşmüş ola bilər.
 
 
 
İNSANLAR AYİNLƏRDƏ KƏSİLİR
Avropa ölkələrinə pənah aparanların bir çoxunun itməsi və heç birinin izinə rast gəlinməməsi, polis təşkilatlarının problemi həll etmə məsələsində maraqlı olmamasını göstərir. Norveç Qaçqın Təşkilatı itən şəxslərin sənədlərinin düzgün olmadığını ortaya çıxarıb. Bu da diqqətləri yenidən orqan qaçaqmalçıları, cinayətkar dəstələr, kilsələr, ayinlərdə insan kəsən masonlar və satanist təşkilatlara çevirir.
 
 
FAHİŞƏLİKDƏ İSTİFADƏ EDİLİR
İtən bəzi gənc qadınların fahişəlik məqsədi ilə satıldığına işarə edən Qərb müşahidəçiləri, bəzi insanların da təhlükəli işlərdə zorla işlədildiyini, pasportları dəyişdirilərək müxtəlif ölkələrə aparıldığını dilə gətirirlər.
 
 
21 ƏFQAN UŞAQ TÜRKİYƏDƏ İTDİ
Ötən il ərzində 21 əfqan uşaq Türkiyəyə sığınıb. Ərzincana göndərilən uşaqlar dövlət himayəsinə götürülüb. Amma bundan 4 ay sonra uşaqların itdiyi ortaya çıxıb. Ərzincan İcra Hakimiyyəti uşaqların qaçırıldığı iddialarını təkzib etsə də, İzmir vəkillər birliyi bu uşaqların cinayətkar dəstələr tərəfindən qaçırılmış olma ehtimalına diqqət çəkir.
 
 
NORVEÇLİLƏR NƏ ÜÇÜN SARI SAÇLI UŞAQ AXTARIR?
Qərb mədəniyyətinin ortaya çıxardığı sosial qarışıqlıq, ailə bağlarının məhv olması, müasir həyat tərzinin yol açdığı qısırlıq kimi səbəblərə görə uşaq sahibi ola bilməyən Norveçli zənginlərin qeyri-qanuni yollarla övladlığa götürdüyü bildirilir.
 
Evlənmək istəməyən, uşağı olmayan, dünyaya uşaq gətirmək istəməyən, uşaq böyütməklə məşğul olmaq istəməyən imkanlı şəxslərin öz irqinə bənzər uşaq götürmək istədiyi, buna görə də uşaq oğurluğunun inkişaf etdiyi qeyd edilir. Ətraf ölkələrdən qaçırılan yaraşıqlı və sağlam körpələr və uşaqlar, bəyənən ailələrə satılaraq övladlığa götürülür. Azalan əhali problemini həll etdiyi üçün bəzi dövlətlər uşaq oğurluğuna göz yumduğu da vurğulanır. Sarı saçlı uşaqların oğurlanmasına səbəb kimi isə norveçlilərə daha çox oxşama səbəbidir.
 
 
Müxtəlif ölkələrdə uşaqları oğurlanan ailələr sosial mediada yaratdıqları "Barnevernet Steals Children" və "Norway, Give Us Back the Children You Stole" adlı hesablarla uşaqlarının tapılması üçün kampaniya aparır, aksiyalar keçirirlər. Onlar bununla həm də baş verən qeyri-insanı drama diqqət çəkirlər. Uşaq dünyaya gətirmək qabiliyyətini itirən norveçlilər arasında usə oğurluq uşaqları övladlığa götürmək istəyi hər gün getdikcə artır.
 
 
 
 
 
 
İSVEÇDƏ 2000 UŞAQ İTİB
Keçən il əksəriyyəti suriyalı olmaqla son iki ildə İsveçə 83 mindən çox qaçqın sığınıb. Qaçqınlardan 15 minə yaxını ailəsi olmayan 18 yaşdan aşağı uşaqlardır. Bu uşaqlardan isə sonradan 2 minə yaxınının itkin düşdüyü açıqlanıb. Sadəcə 1400-ü ötən ay yoxa çıxıb.
 
 
AVSTRİYADA QAÇQIN OLMAQ ƏSARƏTDİR
Qaçqın qəbulunda ən ağır şərtlər irəli sürən ölkələrin başında Avstriya gəlir. Qəbul etdiyi çox az sayda qaçqın isə əsir düşərgələrini xatırladan şərtlərdə yaşamağa məcbur edilir. Bu səbəbdən də bir çox qaçqın buraya gəlmək istəmir. Buna baxmayaraq, sığınan uşaq qaçqınlar Avstriyada daim itir.
 
Keçən ay Vyanadakı Traiskirchen qaçqın düşərgəsinə gələn 37 valideynsiz qaçqın uşaqdan 14-ü itib və hələ də tapılmayıb.
 
 
ALMANİYADA HƏR GÜN 250 UŞAQ İTKİN DÜŞÜR
Alman polisinin məlumatlarına görə, hər gün təxminən 250 uşaq itkin düşür. Bu saylara köçkün uşaqları daxil deyil. Xalq itən uşaqların tapılması məsələsində polisin üzərinə düşəni işi kifayət qədər etmədiyindən şikayət edir. İtkin uşaqlar arasında 20 ildən çox müddətdir tapılmayan uşaqlar olduğunu qeyd edən rəsmi şəxslər, itkin uşaqların əsasən 14 yaşından aşağı olduğunu bildirir.
 
 
MÜSƏLMAN UŞAQLARA NİFRƏT EDİRLƏR
Alman qanunlarına görə, dövlət müxtəlif əsaslarla uşaqları ailələrindən ala bilər. Ailədən alınan uşağın ailəsi ilə əlaqənin qırılmaması və ana-atanın inancına uyğun yetişdirilməsi lazımdır. Buna baxmayaraq, Almaniya Gənclər İdarəsinin heç bir qanuna riayət etmədiyi ortaya çıxıb. Orta hesabla valideynlərdən Almaniyada hər il 40 min uşaq alınır. Almaniyada xüsusilə müsəlman ailələrdən alınan uşaqlar kilsədə yerləşdirilərək ailədən gizlədilir.
 
UŞAQLARIN DİNİ DƏYİŞDİRİLİB, NARKOTİKƏ QURŞANIB
Uşaqları "müsadirə etmək" üçün bir qonşunun açıqlamasını yetərli sayan Almaniyada kilsə, yaxud baxıcı ailəyə verilən uşaqlar valideyninin dini və mədəni dəyərlərindən uzaq bir şəkildə yetişdirilir. Bir çox uşaqla on il keçməsinə baxmayaraq, bir daha əlaqə yaratmaq olmur. Uşaqlarını tapan bəzi ailələr isə ailədən qoparılan uşaqların içki və narkotikə qurşandığından, dini ilə adının belə dəyişdirildiyindən şikayətçidirlər.
 
 
SEHRLİ RİTUALLAR ÜÇÜN QAÇIRIRLAR
Yüzlərlə afrikalı uşağın qaçırılıb İngiltərədə satıldığı da ortaya çıxıb. Uşaqların xüsusilə şeytan, masonlar və s. qurupların ayin və sehrli rituallarına qurban edildikləri məlum olub. Beynəlxalq təşkilat və polisin məlumatlarına görə, afrikalı uşaqlar qaçırılıb batil dini rituallarda istifadə edilmək üçün İngiltərənin paytaxtı Londona gətirilir.
 
 
TƏCAVÜZ EDİLİR
Bəşəriyyətin ən ləyaqətsiz halı barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin rəhbəri Kristen Sanberg belə danışır: "Məsum uşaqlara sehr seanslarından əvvəl təcavüz edilir, sonra müxtəlif işgəncələr tətbiq ediərək kəsilir. Polis təşkilatları isə cinayətkar dəstələrlə mübarizə aparmaq istəmir, ya da kifayət qədər etmir. Neçə uşağın bu alçaq rəftara məruz qaldığı tam olaraq bilinmir. Amma yüzlərlə olduğunu bilirik."
 
 
 
1.2 MİLYON UŞAQ QAÇIRILIB
BMT Uşaqlara Yardım Fondunun (UNİCEF) məlumatlarına görə, dünya üzrə hər il təxminən 1.2 milyon uşaq oğrular və cinayətkar dəstələrin əlinə düşür. Hindistanın rəsmi məlumatlarına görə, ölkədə hər il 500 min uşaq qaçırılır. Bunların bir çoxu da tapılmır. Dünya miqyasında qaçırılan uşaqların bir qisminin "vudu" kimi tanınan sehr seanslarında istifadə edildiyi qeyd olunur. Bəzi uşaqların cəsədi tapılmasa da, bəzilərinin təcavüz olunmuş meyiti Avropa ölkələrində zibillikdən tapılır.
 
 
BMT: UŞAQLAR PEDOFİLLƏRƏ SATILIR
BMT Uşaq Hüquqları Komitəsinin hesabatında Afrikadan qaçırılan uşaqların böyük bir qisminin İngiltərədəki pedofillərə satıldığı və uzun illər seks köləsi olaraq istifadə edildikləri bildirilir. BMT uşaqların nə qədər satıldığını isə açıqlamaq istəmir. İngilis mediasında yer alan xəbərlərə görə, uşaq alverçiləri uşaqları 15 - 150 min dollar arasında qiymətə satır. Gözəl qız uşaqları ilə orqanları sağlam uşaqlar isə daha baha qiymətə təklif olunur.
 
 
MÜHARİBƏ VƏ ZƏLZƏLƏ BÖLGƏLƏRİNDƏKİ UŞAQLAR HƏDƏFDƏ
Beynəlxalq təşkilatların rəsmi məlumatlarına görə, daha çox zəlzələ bölgələri, müharibə və daxili müharibə bölgələri ilə kasıb ailələrin uşaqları qaçırılır. Kimsəsiz uşaqlar ilə axtarış imkanı olmayan ailələrin uşaqları üstünlük verilir. Ötən il Darfurdan qaçırılan yüzlərlə uşağın Fransadakı ailələrə satıldığı aşkar edilib. Bəziləri ata-anası öldüyü üçün onlara könüllü baxmaq üçün aldıqlarını güman edirlər. Halbuki, bir çox uşaqlara yardım fondu da uşaq alveri edir.
 
 
 
QAÇIRILAN UŞAQLARIN BAŞINA NƏLƏR GƏLİR?
Qaçırılan və ya "müsadirə edilən" uşaqların başına gətirilənləri bu cür sıralamaq olar:
 
- Uşaqlar kilsə məktəblərində missioner kimi yetişdirilir.
- Gizli təşkilatlar alıb, xüsusi agent kimi böyüdür.
- Şeytan və mason təşkilatları alıb, ibadətlərində qurban edir.
- Sehrbazlar sehr seanslarında işgəncə ilə qətlə yetirir.
- Sağlam olanların orqanları götürülüb, orqan çatışmazlığı olan varlılara satılır.
- Zənginlərin təcavüz etməsi üçün satılır.
- Ayinlərdə kütləvi zorakılıqlara məruz qalırlar.
- Fahişəxana satırlar.
- Laboratoriyalarda üzərilərində təcrübələr aparılır.
- "Dərman siçovulu" kimi istifadə edirlər.
- Zənginlərin evində qulluqçuluq edirlər.
- Riskli və qadağan edilmiş işlərdə işlədirlər.
- Dilənçilik etdirirlər.
- Narkotik qaçaqmalçılığı və satılmasında istifadə edirlər.
- Övladlıq olaraq görürlər.
- Təcavüz edilib, orqan nəqli üçün uşaq doğmaları təmin olunur.
- Ucuz işçi qüvvəsi kimi istifadə edirlər.
- Əsgər olaraq istifadə edirlər.
 
Sonda bir vacib məsələni də qeyd etmək yerinə düşərdi ki, uşaq oğrularının ən çox istifadə etdiyi məkanlardan biri məhz sosial şəbəkələrdir. Sosial şəbəkələrdə valideynlərin paylaşdıqları gözəl və yaraşıqlı uşaq şəkillərini götürən uşaq qaçaqmalçıları əvvəlcə onu satmaq istədiyi ailə ilə danışıqlar aparır, qiymət razılaşdırılır, sonra isə uşağın valideyninin yaşadığı ərazidə pusqu quraraq uşağın oğurlanması əməliyyatı həyata keçirilir. Uşağın necə tora salınması üçün isə tətbiq edilən üsulları elə valideynlər özləri oğrulara verirlər. Paylaşdıqları şəkillərlə övladlarının nədən xoşu gəldiyi, əyləncəsinin nə olması barədə bir çox şeylər paylaşılır. (faktxeber) /