Ucarda mikroavtobusla yük avtomobili toqquşub, 5 nəfər ölüb - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
 
FHN-dən "Report"a daxil olan məlumatda deyilir:
 
"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".
 
Qeyd edək ki, qəza zamanı 5 nəfər ölüb, 2 nəfər yaralanıb.