Xaçmazda leysan nəticəsində 200-ə qədər evə ziyan dəyib

Ötən gün axşam saatlarından başlayaraq Xaçmaz rayonuna yağan güclü yağış bir sıra fəsadlar törədib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon mərkəzi də daxil olmaqla bir sıra yaşayış evlərinin həyət və zirzəmilərini su basıb.
 
Xaçmaz Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanovun APA-ya verdiyi məlumata görə, ümumilikdə “Qaynar xətt”ə 800-dək müraciət daxil olub. B.Osmanov bildirib ki, ilkin hesablamalar görə, 200-dək evə müxtəlif dərəcəli ziyan dəyib.
 
Onun sözlərinə görə¸ötən gün axşam saatlarından etibarən rayonun 80 faizində elektrik enerjisinin verilişində yaranan fasilələr hissə-hissə aradan qaldırılır. 
 
Hazırda dəyən ziyanın aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində işlər davam etdirilir.