Xarici güclər qarşısında gücümüzü zamanında və qətiyyətlə göstərməliyik

-- Avropa ölkələri ilə nüvə razılaşması məsələsində lazımi zəmanəti

Xarici güclər, xüsusi ilə ABŞ qarşısında  gücümüzü zamanında və qətiyyətlə göstərməliyik. 
 
Maide.Az “leader.ir”ə istinadən xəbər verir ki,  bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib. 
 
Ayətullah Xamenei bildirib ki, Avropa ölkələri ilə nüvə razılaşması məsələsində  lazımi zəmanəti almalıyıq. “Ölkə iqtisadiyyatı bu məsələdə müzakirə mövzusu olmamalıdır. Yəni Nüvə razılaşması fonunda iqtisadiyatımızda hər hansı asılılıq yaranmamalıdır.”
 
Ötən gün  prezident Həsən Ruhani və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə dünya ölkələri ilə əlaqələrin genişləndirilməsi məsələsinə diqqət çəkən ayətullah Xamenei  qeyd edib ki, xüsusi ilə diplomatik sahədə  fəaliyyət artırılmalıdır. “ABŞ və bəzi  ölkələrdən başqa şərq və qərb dövlətləri ilə, müxtəlif sahələrdə iki tərəfli əlaqələri genişləndirmək lazımdır. Lakin bütün hallarda milli maraqlar ən öndə olmalıdır”. 
 
Qeyd edək ki, Ayətullah Xamenei prezident Həsən Ruhaninin Avropa səfəri çərçivəsində göstərdiyi qətiyyəti alqışlayıb və bildirib ki, hökumət və xalq arasında güclü bağlar olmalı, ölkənin daxili və xarici siyasəti xalqa daim ümid verməlidir.