Yəməndə hava limanında partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB

saat 17:23
 
Yəmənin Ədən hava limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
 
APA-nın xəbərinə görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. 
 
Bildirilib ki, partlayış nəticəsində ən azı 27 nəfər həlak olub. 
 
Yaralıların da sayı artıb. 
 
***
 
 
Yəmənin Ədən hava limanında partlayış olub, ölənlər və xəsarət alanlar var.
 
APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, partlayış təcavüzkar Səudiyyə Ərəbistanın dəstəklədiyi hökumətin yeni üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra baş verib.
 
Partlayış nəticəsində 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb.
 
“Sky News”un xəbərinə görə, uçuş zolağında və hava limanının gözləmə zalında partlayış olub. Partlayışlardan sonra ərazidə atəş səslərinin eşidildiyi bildirilib.
 
İlkin məlumata görə, ölən və yaralananlar arasında hökumət rəsmiləri yoxdur. Yeni Baş nazir Maeen Abdulmalik də daxil olmaqla hökumət rəsmiləri təhlükəsiz şəkildə prezident sarayına çatıb.
 
Ölən və yaralananların sayının artacağı ehtimal olunur.