Yəmən rəsmisi: 'Xalqımız heç vaxt təslim olmayacaq'

"Səudiyə rejiminin koalisiyası altı ildir müqavimət göstərən bir millətin heç vaxt təslim olmayacağını bilməlidir. Təcavüzkarın qoşunları və muzdluları bizi hərbi döyüşdə sınadı və bu altı il ərzində xalqımız qəti tarixi müqavimət nümayiş etdirdi və xalqımızın bu dayanıqlığı boşa getməyəcək", – deyə Yəmənin Milli Qurtuluş Hökumətinin müdafiə və təhlükəsizlik üzrə baş nazirinin müavini söyləyib.
 
Maide.Az "deyerler.org" -a istinadən verdiyi xəbərə görə, briqada generalı Cəlal ər-Ravişan, yəmənlilərin qardaşlıq qucağının onların son illərdə verdikləri qurbanlardan sonra, şərəf və ləyaqətinə hörmətlə yanaşan dünyaya açıq olduğunu söyləyib.
 
"Sana hava limanının və Əl-Hudeyda limanının açılması yalnız humanitar məsələlərlə bağlıdır və biz heç vaxt mühasirəyə təslim olmamışıq və gələcəkdə də təslim olmayacağıq. İndi “top” təcavüzkar qüvvələrin tərəfindədir ki, böhrandan çıxmaq üçün təklif etdiyimiz həll yollarından istifadə etsinlər", - deyə Ər-Ravişan bildirib.