Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin yad kişinin nütfəsi ilə qadının süni mayalandırılmasına dair suala cavabını təqdim edir:
Sual. Övladı olmayan bir kişinin həyat yoldaşının bətninə özgə kişinin spermasını yerləşdirməklə süni mayalanma aparmaq caizdirmi?
Cavab: Özgə kişinin sperması vasitəsilə qadını mayalandırmağın öz-özlüyündə işkalı yoxdur. Lakin müqəddimə xarakterli haram işlərdən, o cümlədən, haram baxış, haram toxunuş və bu kimi işlərdən çəkinmək gərəkdir. Hər halda, əgər bu üsul ilə uşaq dünyaya gələrsə, həmin qadının ərinə aid olmur. Bu uşaq, sperma sahibi olan kişiyə, ana bətninə və yumurtaya sahib olan qadına aiddir.