Yevlaxda iğtişaşların iştirakçıları saxlanılıb

Yevlax şəhərində (Bakıdan 295 km qərbdə) polis işçilərinə hücum faktı ilə bağlı cinayət işi açılıb. İş çərçivəsində iğtişaşların 21 iştirakçısı saxlanılıb.
 
Yerli mənbələrin məlumatına görə, mayın 18-19-da "Qaraçılar məhəlləsi"nin sakinləri karantin normalarına riayət etməyi tələb edən polislərə daş atıblar.
 
Prokurorluqdakı mənbələrin məlumatına görə, cinayət işi CM-in 21-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya güc tətbiq etmə) maddəsi ilə açılıb. Hələlik iğtişaşların bir iştirakçısı həbs edilib.
 
Araşdırmanın nəticələrinə görə saxlanılan digər 20 nəfər barəsində qərar qəbul ediləcək. /turan