Bakı Apellyasiya Məhkəməsi ruhani Hacı İlham Əliyev barəsində çıxarılan hökmünü qüvvədə saxladı

İyul ayının 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin  Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin barəsində verdiyimiz apellyasiya şikayətinə baxılıb. 
 
Maide.Az xəbər verir ki, bu baradə Vəkil Cavad Cavadov deyib. 
 
C.Cavodov deyib ki, əvvəlki məhkəmə iclasında bizim vəsatətlərimiz təmin olunmamışdı və apellyasiya baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılırdı. “Apellyasiya şikayətinin dəlilləri ilə bağlı vəkillər çıxış etdilər, verilən ittihamın əsassız, qanunsuz saydılar onun əməlində heç bir cinayət tərkibi, o cümlədən ona verilən  ittiham cinayət məcəlləsinin 274-cü maddəsi ilə bağlı heç bir hüquqi əsasın olmamasını bildirdilər.”
 
Təssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsi Hacı İlham Əliyev barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxladı. 
 
Vəkil bildirib ki, Hacı İlham Əliyevin işi ilə  bağlı artıq Avropa İnsan Haqları məhkəməsinə müraciət göndərilib. “Yekun hökmdən də biz Ali Məhkəməyə  şikayət verəcəyik, və əgər burada da müsbət  nəticə əldə edilməsə bu qərardan da Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik."