İyunun 16-dan idman üzrə qabiliyyət imtahanları keçiriləcək

16 iyundan etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, məşqçilik (61) və fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62) komissiyaları üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir (Forma-86).
 
İmtahana gələrkən idman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.