Müdafiə naziri Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.
Bu barədə Maide.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iyulun 4-də keçiriləcək növbəti iclasında iştirak edəcək.