İzmirdə zəlzələ: ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB 3/ VİDEO

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə, yaralananların sayı 430 nəfərə çatıb.

 
19:37
 
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.
 
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.
 
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.
 
18:30
 
İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb. 
 
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 
 
Bildirilib ki, 12 binada axtarış-xilasetmə işləri həyata keçirilir. 
 
İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib.
 
 
***
 
Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çöküb.
 
 
Maide.Az “Anadolu”ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.
 
Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.
 
Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.