Vəzifədə olduğu dövrdə hər bir şəxsin toplaya biləcəyi ən yaxşı ehtiyat saleh əməldir

"Bütün problemlərin həllinin başlıca amili ruhi, mənəvi və ideoloji dayaqdır. Müttəqilərin mövlası Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə”sini dərindən düşünərək oxumaq insan üçün belə bir dayağı təmin edir. Malik Əştərin öz şəxsi keyfiyyətlərinə görə Əmirəlmöminin Əlinin (ə) yanında müstəsna mövqeyə malik bir insan idi. Həzrət Əli İbn Əbutalibin  (ə) yazdığı  fərman belə bir şəxsiyyətə ünvanlanırdı. Bu məqamın üzərində düşünməyə dəyər.  Həzrət Əlinin (ə) Malikə yazdığı məktubda hakim təbəqənin çiyinlərinə qoyduğu 4 əsas vəzifə aşağıdakılardan ibarətdir:  əhalidən hökumətə çatan vergilərin yığılması, əhalinin və onların məskunlaşdığı yerlərin müdafiəsi, cəmiyyətin islah olunmağa, nöqsanların aradan qaldırılmasına təşviq edilməsi və  ölkənin quruculuğu, abadlaşdırılması.
Həzrət Əlinin (ə) Malik Əştərə özünütərbiyə istiqamətində verdiyi mühüm tapşırıqlar sırasında islami hakimiyyətin təmsilçilərinə istənilən dövr və şəraitdə ilahi təqvaya riayət etmələri, dində vacib hesab olunan ibadətlərə, sünnəyə və müstəhəbata tam ciddiyyətlə əməl etmələri, qəlbdə, dildə və əməldə Allahın dininə yardımçı olmaları, bütün şəhvani meyillər qarşısında nəfslərini islah etmələri ilə bağlı verilən tövsiyələridir. Vəzifədə olduğu dövrdə hər bir şəxsin toplaya biləcəyi ən yaxşı ehtiyat saleh əməldir. Xalqın gözü tərəzidir və o, düşünüb-daşınıb çıxardığı nəticəyə əsasən yürütdüyü mühakimələrdə heç vaxt yanılmır. Odur ki camaatın bu kimi mühakimələrindən hansısa vəzifəli şəxsin əməlisaleh olub-olmadığını anlamaq mümkündür”.
Ali Lider Ayətullah Seyyid Əli Xamenei  /

Google+ WhatsApp ok.ru