Vəkil: Ali Səud rejimi Şeyx Zəkzakinin qətli üçün Nigeriya səlahiyyətlilərinə ödəniş edir

Vəkil: Ali Səud rejimi Şeyx Zəkzakinin qətli üçün Nigeriya səlahiyyətlilərinə ödəniş edir

Ali Səud rejimi Şeyx İbrahim Zəkzakinin qətl edilməsi üçün Nigeriyada Abuca şəhər səlahiyyətlilərinə milyonlarla dollar pul ödəniş edir. 
 
Maide.Az “iribnews”a istinadla xəbər verir ki,  bunu Nigeriya İslam Hərəkatı lideri Şeyx Zəkzakinin  vəkili İshaq Adəm İshaq  deyib. 
 
“Səudiyyə rejimi  Nigeriyada İslami Hərəkatına təzyiqləri artırmaq və onların etirazlarını yatırmaq üçün milyonlarla dollar pul ödəyir. Nigeriya prezidenti Muhammadu Buhari ABŞ, sionist rejim və Səudiyyə rejimi tərəfindən Şeyx Zəkzakini qətl etmək üçün görəvləndirilib”. 
 
Vəkil Şeyx Zəkzakinin  sağlamlıq durumunun  çox ağır olduğunu açıqlayıb. 
 
Vəkil beynəlxalq insan haqları təşkilatlarını bu məsələni diqqətdə saxlamağa da çağırıb.  

Google+ WhatsApp ok.ru