Vaksinasiya ilə bağlı əks göstəriş sertifikatının kimlərə veriləcəyi məlum olub

Vaksinasiya ilə bağlı əks göstəriş sertifikatının kimlərə veriləcəyi məlum olub

“Vaksin vurdurulması üçün əks göstərişlər çox az faiz təşkil edir”.
 
Maide.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
 
O qeyd edib ki, əks göstəriş tələbləri ölkədə istifadə olunan hər 4 vaksin üçün eynidir: “Gələcəkdə ola bilər ki, əks göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olan, hamilələr və digər kateqoriyaya aid olan şəxslər bu siyahıya aiddir. Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”.
 

Google+ WhatsApp ok.ru