Vaxtı keçmiş kreditlər və intiharlar

Vaxtı keçmiş kreditlər və intiharlar

-- İntihar problemi həyəcan təbili çalır

"Novoye Vremya" qəzetində isə "İntihar problemi həyəcan təbili çalır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif 2017-ci il ərzində ölkənin ayrı-ayrı bölgələrində baş vermiş intihar faktları barədə məlumat verir.
 
Bu sırada müəllif Lənkəranda Şərafəddin İsmayılovun, Bakıda Məlik Cahangirovun intihar etməsi üzərində xüsusi dayanır: "Son iki fakt üzərində əsassız dayanmadıq. Bank borcları üzündən intihar artıq adi hala dönüb və vaxtı keçmiş kreditlər problemi həll edilmədikdə, bu borcları bağlamağa gücü çatmayan çoxları canına qıyacaq. Amma az da olmayıb ki, tələbələr təhsil haqqını ödəyə bilmədikdə intihara əl atıblar".
 
Müəllif hesab edir ki, kredit və təhsil haqqını ödəyə bilməmək üzündən baş verən çoxsaylı intiharlardan qaçmaq mümkün idi və bundan ötrü vətəndaşa dözümlü yanaşmaq kifayət edərdi: "Bu problemin həyəcan təbili çalması mübahisəsizdir. Yalnız intiharın bütün dünya üçün xas olmasını təsdiqəyən məmurlar buna biganə qala bilərlər. Bəzi məmurların belə münasibəti intiharların artması səbəblərindən biridir. Bu acınacaqlı statistikanın azalması üzərində çalışmaq əvəzinə, bəzi məmurlar boş-boş danışırlar. Məsələnin həlli uzandıqca problem daha çox "dalan"a dirənir".
 
Müəllif hesab edir ki, dövlət qurumlarının belə hallara qarşı əks tədbirlər görə bilmək imkanı şübhəsizdir və bank kreditləri məsələsinə gəlincə, onlardan çox şey asılıdır.
 
Müəllif hesab edir ki, belə halları aradan qaldırmaq üçün psixoloq, psixiatr, vətəndaş cəmiyyəti institutları və media prosesə qoşumalıdır.
 
Müəllif deyir ki, narahat edən məsələlərdən biri də ayrı-ayrı yaş kateqoriyasına aid şəxslərin intihara əl atmasıdır, yeniyetmələr arasında isə intihar dəfələrlə artıb: "Düzdür, onların arasında ruhi xəstələr də var, amma əksəriyyəti normal insanlardır, bununla belə, intihara əl atırlar. Kimin nə deməsindən asılı olmayaraq, intihar faktlarının əksəriyyətinin sosial problemlərlə bağlı olması inkaredilməzdir. Odur ki, dövlət orqanlarının ilkin vəzifəsi çətin durumda olanlara yardım etməkdir, belə olduğu halda intiharlar birmənalı azalmağa gedəcək".(contact.az)
 

Google+ WhatsApp ok.ru