Vaxtından əvvəl doğuşların 18 faizi hava çirklənməsi ilə əlaqəlidir

Vaxtından əvvəl doğuşların 18 faizi hava çirklənməsi ilə əlaqəlidir

Cənub-Şərqi Asiya ölkələri ən yüksək risk qrupuna aiddir
 
Havanın çirklənməsi dünyada milyonlarla uşağın vaxtından əvvəl doğulmasına səbəb olur. 
 
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, alimlər apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.
 
Tədqiqatçılar 183 ölkədə vaxtından əvvəl doğulan 3,4 milyon uşaq üzərində apardıqları tədqiqatda belə uşaqların 18 faizinin məhz hava çirklənməsi səbəbindən dünyaya gəldiyini müşahidə ediblər.
 
Elm adamları hava çirklənməsinin yeniyetmələrdə tənəffüs və ürək problemlərinə gətirib çıxardıqlarını bildiriblər.
 
Hamilələrin hava çirklənməsinə məruz qalma səviyyəsi baxımından Cənub-Şərqi Asiya ölkələri ən yüksək risk qrupuna aid olub. Burada ildə təxminən 1,6 milyon uşağın vaxtından əvvəl doğulması məhz hava çirklənməsi ilə əlaqəlidir. /

Google+ WhatsApp ok.ru