'Virtual məktəb'də yenilik tətbiq edilib (VİDEO) 15 Dekabr 2020 12:36 Ölkə "Virtual məktəb"də şagird və müəllimləri vahid məkanda birləşdirən yenilik tətbiq edilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Virtual məktəb”ə yeni “Birgəlik regimi” əlavə olunub. Bu rejim onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Həmçinin rejim onlayn dərslərdə şagirdləri komanda şəklində hiss etməyə və geniş virtual fon effektləri ilə müxtəlif mühitlərə səyahət etməyə şərait yaradır. Yeni funksiyadan faydalanmaqla dərslərini daha maraqlı təşkil etmək istəyən müəllimlər videotəlimatla tanış ola bilərlər. Teqlər : #'Virtual,#məktəb'də,#yenilik,#tətbiq,#edilib,#(VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadıldı Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb