Övladlığa götürmədə yeni modelin tətbiqinə başlanacaq 08 Aprel 2019 16:10 Ölkə Bu ilin ortalarından övladlığa götürmədə yeni modelin tətbiqinə başlanacaq. Maide.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu nazir Sahil Babayev övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən işçi qrupun görülən işlərin müzakirəsinə həsr olunmuş iclasında vurğulayıb. O bildirib ki, övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsi də öyrənilməklə hazırlanan yeni təkmil modelin cari ilin ortalarından tətbiqi nəzərdə tutulur. S.Babayev övladlığagötürmədə elektron sistem üzərində müasir, çevik və şəffaf prosedurların, yeni yanaşmaların tətbiq ediləcəyini deyib. Nazir qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqları qanunvericilik qaydasında övladlığa götürmək arzusunda olan şəxslər üçün hər hansı bürokratik əngəllər, məhdudiyyətlər, süründürməçilik baş verməyəcək. Teqlər : #Övladlığa,#götürmədə,#yeni,#modelin,#tətbiqinə,#başlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Rezidentura imtahanının nəticələri açıqlandı