Övladınızı təhlükələrdən qoruyacaq 10 faydalı TÖVSİYƏ

Övladınızı təhlükələrdən qoruyacaq 10 faydalı TÖVSİYƏ

Uşağa müstəqillik verməzdən öncə onun təhlükəsizliyinin də qayğısına qalmaq lazımdır.
 
Bu gün uşaqların yad insanlarla necə davranmalı olduğu barədə qısa tövsiyələri çatdıracağıq.
 
Ad və soyadını gizlətmək
 
Uşağın adı və soyadını onun əşyalarının görünən yerdə - rükzaqda brelyoka, yaxud da lanç-boksun, termosun üzərinə yazmayın. Əgər yad insan uşağa adı ilə müraciət edərsə, bu dərhal balacada güvən hiss yaradır və bundan sonra o, övladınızla manipulyasiya edə bilər. İstəsəniz itmə təhlükəsinə qarşı brelyokun üzərinə öz nömrənizi yazın.
 
 
Maşından əks istiqamətdə qaçmaq
 
Biz övladlarımıza yad insanın maşınına əyləşməməyi öyrədirik. Bu düz addımdır. Lakin bir qaydanı da öyrədin: əgər onun arxasınca maşın düşürsə və yanında saxlayırsa, avtomobildə kimsə onun diqqətini cəlb etmək istəyirsə, avtomobilin əks istiqamətinə qaçsın. Bu, uşağa vaxt udmağa və yardım çağırmağa imkan verər.
 
Ailə üçün parol fikirləşmək
 
Əgər yad biri uşağınıza ata-anasının yanına aparmağı vəd edirsə, uşaq ondan valideynlərinin adını çəkməsini istəməli və parolu soruşmalıdır. Övladınızla birlikdə təcili hallar üçün kod söz fikirləşin. Parol mümkün qədər qeyri-adi olmalıdır, məsələn, "yumşaq tüklü apelsin"
 
Telefonuna izləmə tətbiqi yükləmək
 
Tətbiqin GPS-i sayəsində övladınızın olduğu yerin koordinatlarını və onun telefonunun şarjının səviyyəsini öyrənə bilərsiniz/
Life360 Locator iOS | Android
GPS Phone Tracker iOS | Android
 
Həyəcan düyməsi olan saatlar
 
Həyəcan düyməsi olan qadjetlər adətən saat, brelyok, qolbaq və ya medalyon formasında olur. Valideynlər xüsusi tətbiq vasitəsi ilə daim uşağın yerini müəyyənləşdirə bilər, düyməyə basdıqda isə siqnalı validyenləri, yaxud təhlükəsizlik xidməti alır.
 
 
"Mən onu tanımıram", - deyə qışqırmaq
 
Övladınıza deyin ki, tanımadığı adam onu tutarsa, "pis uşaq" olmaq vacibdir: dişləsin, çırpınsın, cırmaqlasın, hətta çox qorxsa belə başqalarının diqqətini cəlb etməyə çalışsın, "Mən onu tanımıram. O, məni aparmaq istəyir", -deyə qışqırsın.
 
 
Məsafə saxlamaq və söhbəti dayandırmaq
 
Uşaq bilməlidir ki, yad adam nəinki uşaqların, hətta böyüklərin də başını qarışdıra bilər. Buna görə, söhbət başlayandan 5-7 saniyə sonra uşaq təhlükəsiz yerə getməlidir. Ümumiyyətlə yad adamın 2-2,5 metrliyində dayanmalıdır, əgər o yaxınlaşırsa, geri çəkilmək lazımdır. Uşaqla birlikdə bu vəziyyəti məşq edin, ona 2 metr məsafəni göstərin və başa salın ki, söhbət zamanı bu məsafəni saxlamaq lazımdır.
 
 
Yad adamlarla liftə girmək olmaz
 
Uşağa liftə arxasına çevirərək gözləməyi öyrədin. Bu, ona yaxınlaşan hər kəsi görməsinə imkan verəcək. Əgər tanımadığı, ya az tanımadığı  biridirsə, istənilən bəhanə ilə (özünü nə isə yadından çıxmış kimi göstərmək və ya kimi isə gözlədiyini deməklə) onunla liftə minməsin. Yaxud da, ən yaxşı variant – nəzakətli şəkildə valideyninin onu liftə ancaq tək, yaxud yaxın tanıdıqları ilə minməsini tapşırdığını desin. Əgər naməlum şəxs onu liftə basmaq istəsə, yuxarıda deyilən variantda qışqıra, çırpına, cırmaqlaya bilər.
 
 
Valideynin evdə olmadığını deməmək
 
Övladınıza başa salın ki, "kimdir" sualına cavab verilmirsə və gözlükdən heç nə görünmürsə, kimin gəldiyini görmək üçün qapını heç bir balaca da açmaq olmaz. Qapını döyən şəxs dost, yaxud komunal xidmətlər işçisi olduğunu desə belə valideynin evdə olmadığını demək olmaz. Əgər həmin şəxs israrlı olarsa və mənzilə girməyə çalışarsa, təcili valideynə, yaxud qonşulara zəng etmək lazımdır.
 
İnternetdə tanış olduğu adamlarla görüşməmək
 
Uşağınıza bildirin ki, müasir dünyada cinayətkarlar öz qurbanlarını internet vasitəsi ilə də tapa bilər və onun çatda, sosial şəbəkədə danışdığı yad adam, hər zaman "qonşu Məmməd" olmaya bilər. Zərərsiz yazışmanı çox təhlükəli adam apara bilər. Başa salın ki, yad adamlara, hətta uşaq olsalar belə telefon, ünvan, soyadını vermək, fotonu göndərmək, harda və necə gəzməyi xoşladığını demək, yad adamla gəzməyə çıxmaq olmaz. (faktxeber) /

Google+ WhatsApp ok.ru