'WhatsApp' ismarıcların göndərilməsinə məhdudiyyət qoyub

'WhatsApp' ismarıcların göndərilməsinə məhdudiyyət qoyub

"Facebook"a məxsus "WhatsApp" messenceri koronavirus pandemiyası fonunda istifadəçilər tərəfindən müxtəlif ismarıcların təkrar göndərilməsi ilə bağlı məhdudiyyət tətbiq edib.

Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
 
Qeyd olunur ki, virusla əlaqədar olaraq istifadəçilər tibb işçilərinə dəstək məqsədilə "WhatsApp"da müxtəlif aksiyalar təşkil edirlər. Bu qruplarda təkrar göndərilən mesajlar çoxluq təşkil edir.
 
Bir çox istifadəçilər bunun sayəsində dezinformasiyanın yayılmasından narahatlığını ifadə edib.

Yeni məhdudiyyətə əsasən, müəyyən ismarıcları bir dəfə və yalnız bir qrupa göndərmək olacaq.

 

Google+ WhatsApp ok.ru