HƏMAS rəsmisi əsirlərin dəyişdirilməsinə hazır olduqlarını bəyan etdi

HƏMAS rəsmisi əsirlərin dəyişdirilməsinə hazır olduqlarını bəyan etdi

Fələstinin HƏMAS hərəkatının Qəzza zolağı üzrə lideri Yəhya əs-Sinvar İsrail rejimi ilə əsirlərin dəyişdirilməsi məsələsini müzakirə edə biləcəklərini açıqlayıb. 

 O vurğulayıb ki, HƏMAS əsirlərin dəyişdirilməsi üçün tam olaraq hər şeyə hazırdır.   

Yəhya əs-Sinvar vasitəçi olaraq Misir hökumətinin danışıqlarda iştirak edə biləcəyini də istisna etməyib.   

Xatırladaq ki, Yəhya əs-Sinvar özü də 22 il həbs həyatı yaşadıqdan sonra 2011-ci ildə İsrail əsgəri Gilad Şalidin dəyişdirilməsi zamanı sərbəst qalmışdı.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru