Xəbərdarlıq: Qazlı içkilər uşaqlarda ürək xəstəlikləri yaradır 27 İyul 2017 01:00 Ailə Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırdığından çox az adamın xəbər vardır. Avstraliyanın Sidney Universitetinin Tibbi Araşdırmalar İnstitutunun son elmi işi bunu təsdiqləyib. Alimlər 12 ildə 2 minə yaxın uşağın timsalında qazlı içkilərin təsirini müəyyən ediblər. Məlum olub ki, gündə bir və daha çox qazlı içki içən uşaqlarda gözün arxa hissəsindəki arteriyalar quruyur. Arteriyaların belə quruması ənənəvi olaraq hipertoniya və ürək xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Ekspert Bamimi Qopinat deyib ki, hələ uşaqlıqdan sağlam qidalanmaya riayət etmək lazımdır və uşaqlara şirin içkilər almaqla buna göz yummaq olmaz. B.Qopinat reklam qaydalarının və uşaqlar üçün qida məhsullarının satışının qanunvericilik səviyyəsində dəyişdirilməsinə tərəfdardır. Yeri gəlmişkən, bundan əvvəl Adelaida Universitetinin Zumin Şinin rəhbərlik etdiyi tədqiqat qrupu qazlı içkilərin astma və ağ ciyərlərin obstruktiv xəstəliklərinə yol açdığını müəyyənləşdirmişdir. (musavat) / Teqlər : #Xəbərdarlıq: Qazlı içkilər uşaqlarda ürək xəstəlikləri yaradır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir Uşağı gec dil açan valideynlərin diqqətinə – Bu məşqləri edin
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA