Xəzər dənizində tanker partladı: ölənlər var

Xəzər dənizində tanker partladı: ölənlər var

Mahaçqala dəniz limanında  tankerdə baş vermiş partlayış nəticəsində üç nəfər həyatını itirib.
 
Bu barədə TASS “Rosmorreçflot”un mətbuat xidmətinə istinadən məlumat yayıb. 
 
“Üç nəfərin meyiti tapılıb – ölənlər gəmidə olmuş dənizçilərdir”, - deyə agentliyin müsahibi bildirib. 
 
“V.F.Tanker № 16” tankerinin göyərtəsində ümumilikdə 12 nəfərin olduğu deyilir. 
Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub, tankerin yaşayış hissəsi yanır. Yanğını hələlik lokallaşdıra bilməyiblər.
 

Google+ WhatsApp ok.ru