Xanım Məsumənin (ə) hərəmi güllərlə bəzədildi - FOTO

Xanım Məsumənin (ə) hərəmi güllərlə bəzədildi - FOTO

Həzrət Məsumənin (s) Qum şəhərinə gəlişinin ildönümü münasibətilə  o həzrətin hərəmi güllərlə bəzədilib. 
 
Maide.Az "ABNA"-a istinadla xəbər verir ki,   Xanım Məsumənin (s) hərəminin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə asılan rəngli işıqlar da axşam saatlarında müqəddəs ziyarətgaha xüsusi bir rəng qatır.
 
Qeyd edək ki, Həzrət Məsumə (ə) 201-ci hicri-qəməri ilində, təqribən Rəbiül-əvvəl ayının 23-də (Bu il üçün -  9 noyabr 2020) müqəddəs Qum şəhərinə daxil olur. Ondan sonra “Mir” meydanında Musa ibn Xəzrəcin evinin qapısı qarşısında kəcavədən enib, onun qonağı olur. O həzrət bu şəhərdə 17 gün qalır və bu müddət ərzində ibadətlə məşğul olur. O həzrətin ibadət etdiyi yerdə bu gün “Beytün-nur” adı ilə məşhur bir mədrəsə yerləşir və hal-hazırda ziyarətgah sayılır. 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru