Xoşbəxtliyin `maddi həddi`

Xoşbəxtliyin `maddi həddi`

-- Orta statistik azərbaycanlıya xoşbəxtlik üçün nə qədər pul lazımdır

Exo" qəzetində "Orta statistik azərbaycanlıya xoşbəxtlik üçün nə qədər pul lazımdır" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif deyir ki, təmin olunuş məişət həyatı, elə bundan da irəli gələrək özünü xoşbəxt saymaq və sabaha ümidli hiss etmək üçün aylıq xərcin həcmi barədə müxtəlif təsəvvürlər var.
 
Müəllif də "Azərbaycan paytaxtının sakinlərinə özlərini xoşbəxt saymaq və təmin edilmiş şəkildə yaşamaq üçün nə qədər məbləğ lazımdır" sualı ilə ekspert Nəriman Ağayevlə müzakirəni davam etdirir.
 
N.Ağayev bu yaxınlarda Bakıda keçirdikləri sorğunun nəticələrinə əsasən deyir ki, paytaxt sakinləri şəxsi rifah və bəxtəvərlik üçün orta hesabla 3 min manat qazanmalarını zəruri sayırlar: "Biz orta rəqəmi təqdim edirik, rəyi soruşulanlar isə 1500 manatdan 5 min manatadək müxtəlif rəqəmlər göstəriblər. Bu isə aydındır çünki hər ailə, hər şəxsin fərdi tələbatları var, ona görə də sorğuya qatılanlar müxtəlif rəqəmlər səsləndiriblər".
 
N.Ağayev deyir ki, bir çox ailələr öz ailə və şəxsi büdcələrini düzgün idarə edə bilmirlər, ona görə də hətta 5 min qazansalar da bu aydan o aya güclə çatdırır və həm də olduqca az qazandıqlarını hesab edirlər.
 
Ekspert deyir ki, apardıqları tədqiqatlara əsasən üç nəfərlik ailənin paytaxtda ortabab yaşaması üçün aylıq 1500 manat gəliri olmalıdır: "Regionlara gəlincə, burada eyni tərkibli ailənin yaşaması üçün məbləğ 2,5 dəfə aşağı olmaqla aylıq 600 manatdır. Məbləğin aşağı olması onunla izah edilir ki, regionda ərzaq ucuzdur, ailələrin torpaq sahələri var, çoxları iri və xırdabuynuzlu sürülərə malikdir".
 
Müəllif isə rəsmi statistik rəqəmlərə istinadən deyir ki, iqtisadi durum yaxşılaşır, əhali daha çox geyim, mebel, elektrik avadanlıqları və s. qeyri-ərzaq malları alır, belə ki, 2018-ci ilin ilk rübündə istehlak tələbinə 8,5 milyard manat xərclənib ki, bu da keçən ilin eyni dövrülə müqayisədə 2,6% çoxdur.
 
Əhalinin gəlirlərinə gəlincə, müəllif deyir ki, 2017-ci ildə bu gəlirlər 2016-cı il ilə müqayisədə 8,3% artaraq 49162,9 milyon manat olub.
 
Məqalə müəllifi Dövlət Statistika Komitəsinin gösətricilərinə istinadən bildirir ki, 2017-ci ildə gəlirlər 8,3% artsa da 2016-cı il ilə müqayisədə 2017-ci ildə istehlak malları və xidmətlər 12,9% bahalaşıb, o cümlədən ərzaq mallarında 16,4%, qeyri-ərzaq mallarında 11,6%, xidmətlərdə 11,6% bahalaşma müşahidə edilib.
 
Müəllif vurğulayır ki, 2016-cı il ilə müqayisədə 2017-ci ilnin 11 ayı ərzində əhalinin orta aylıq maaşları 6,2% artaraq 525 manata çatıb.
 

Google+ WhatsApp ok.ru