Xırdalanda yol problemi: Ancaq qaloşla gəzməlisən - VİDEO

Xırdalanda yol problemi: Ancaq qaloşla gəzməlisən - VİDEO

Bir neçə aydır ki, Xırdalandakı bəzi küçələrin sakinləri yol problemi ilə üzləşib. Buna səbəb kanalizasiya xətlərinin dəyişdirilməsidir.
 
Xırdalanda yaşayanlar deyir ki, hava yağışlı olanda vəziyyət daha da pisləşir.
 
 Abşeron Rayon İcra Hakimiyyət Xırdalan şəhərinin su-kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması işlərinin 2017-ci ilin iyul ayında başladığını bildirib.
 
Onların məlumatına görə, bu işi "Azərsu" ASC-nin sifarişi ilə podratçı təşkilatlar həyata keçirir.
 
"Köhnə qazılmış küçə və yollar bərpa olunmayana qədər yeni işlərin görülməsinin dayandırılması barədə göstərişlər verilmişdir", Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev bəyan edib.
 
Azərsu ASC-nin Abşeron Sukanal İdarəsi deyir ki, layihə 2019-cu ilin iyul ayında bitəcək. /bbc /
 

Google+ WhatsApp ok.ru