Yəmən ordusu və Ənsarullahdan Səudiyyə rejiminə ağır zərbə: 29 tank və zirehli maşın məhv edildi

Yəmən ordusu və Ənsarullahdan Səudiyyə rejiminə ağır zərbə: 29 tank və zirehli maşın məhv edildi

Yəmən ordusu və inqilabi xalq qüvvələri Səudiyyə rejimi və müttəfiqlərinə aid 29 tank və zirehli maşını məhv etməyə nail olub.
 
 
"Əl-Məsirə"-yə istinadən verilən xəbərə görə, Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə Ərəbistanının cənubunda keçirdiyi əməliyyatlarda Səudiyyə rejiminin qüvvələrini çox ağır itkilərə məruz qoyub. Əməliyyatda 29 tank və zirehli hərbi texnika məhv edilib.
Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri dünən Səudiyyə Ərəbistanının Əl-Hubə və Əş-Şəbəkə rayonlarındakı qüvvələrinin mövqelərinə artilleriyadan hədəfə alıb.
Ənsarullah hərəkatının qüvvələri Səudiyyə Ərəbistanının Nəcran, Useyr və Cizan bölgələrində Səudiyyə rejiminə aid 3 tank və 4 zirehli maşını içindəkilərlə birlikdə məhv edib.
Ənsarullah hərəkatının qüvvələri, həmçinin Səudiyyə Ərəbistanı sərhəddində patrul gəzən Səudiyyə əsgərlərini snayper silahları ilə vurması nəticəsində 7 Səudiyyə əsgəri öldürülüb, 2 əsgər isə yaralanıb.
Yəmən ordusu və Ənsarullah hərəkatı qüvvələri Yəmənin Şibvə şəhəri ətrafında Səudiyyə qüvvələrinin daxilində yerləşdiyi binanı raketlə vurması nəticəsində, aralarında Səudiyyə rejiminin bir polkovniki olmaqla, ən azı 40 əsgər öldürülüb, onlarla əsgər isə yaralanıb. (deyerler) /

Google+ WhatsApp ok.ru