Yəməndə donuz qripi 8 nəfərin ölümünə səbəb oldu 19 Dekabr 2019 09:34 Yəmən Yəməndə H1N1 (donuz qripi) virusundan ölüm halları qeydə alınıb. Yəmən Milli Qurtuluş dövlətinin Səhiyyə Naziri Taha Əl-Mütəvəkkil bildirib ki, 1600 mövsüm qripi halı qeydə alınıb. Onun sözlərinə görə, 48 nəfər qripdən dünyasını dəyişib, onlardan 8-nin ölüm səbəbi donuz qripi olub. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum edib və ona qurudan, dənizdən və havadan blokada tətbiq edib. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub. Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub. /RİA novosti Teqlər : #Yəməndə,#donuz,#qripi,#nəfərin,#ölümünə,#səbəb,#oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsarullah: ‘ABŞ Yəməndə müharibənin sonunu istəyirsə, Səudiyyə və BƏƏ-yə əmr etsin’ Ənsarullah: Yəmən qüvvələri inanclarıyla ABŞ-ın tanklarını əzib keçdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'